Argentinada kinoteatr binası uçub, ölən və yaralananlar var - VİDEO

24-05-2018, 08:43           
Argentinada kinoteatr binası uçub, ölən və yaralananlar var - VİDEO
Argentinada kinoteatr binası uçub.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, hadisə Tukuman əyalətində baş verib.

Nəticədə 1 nəfər ölüb, daha 3 nəfər xəsarət alıb. Hadisə yerinə polis və xilasedicilər cəlb edilib. Şahidlər binanın dağıntılarının videogörüntülərini sosial şəbəkələrdə paylaşıblar.

Məlumata görə, kinoteatr binası 1923-cü ildə inşa edilib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.