Kənddə dəhşətli hadisə: 5 həmkəndlisini, sonra isə özünü öldürdü

25-05-2018, 00:00           
Kənddə dəhşətli hadisə: 5 həmkəndlisini, sonra isə özünü öldürdü
Rusiyanın Yakutiya bölgəsində dəhşətli qətl olub.

Unikal.org xəbər verir ki, yerli sakin 5 həmkəndlisini öldürüb.

Ölən şəxslər ayrı-ayrı ailələrin üzvü olublar. Təqsirkar əvvəlcə qonşu evə gedərək ailə başçısı və oğlunu güllələyib. Sonra digər qonşunun evinə yollanaraq orada qadın və uşağını öldürüb. Cinayətkar atəş səsinə evə gələn digər qonşunu da güllələyərək öldürüb.

Cinayəti törətmiş şəxs sonra intihar edib.

Hadisədə təqsirkar olan şəxsin həmin kənddə artıq 10 ildir yaşadığı bəlli olub.

Faktla bağlı araşdırmalar başladılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru