Nazirlik xəbərdarlıq edir: Yeni virus yayılır

25-05-2018, 20:28           

“VPNFilter” ziyanvericisi yoluxmuş qurğudakı məlumatları filtrləyərək fərdi məlumatların oğurlanmasına gətirib çıxara bilir

Sputnik. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti (ETX) “VPNFilter” təhlükəsi ilə bağlı xəbərdarlıq edir.

Nazirliyin mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, 54 ölkədə ən azı 500 min şəbəkə qurğusuna yoluxmuş ziyanverici proqram olan “VPNFilter” “Linksys”, “MikroTik”, “NETGEAR”, “QNAP NAS” və “TP-Link” marşrutlaşdırıcıları daxil olmaqla ev və kiçik ofislərdəki (SOHO) şəbəkə qurğularını hədəf alıb.

“VPNFilter” ziyanvericisi yoluxmuş qurğudakı məlumatları filtrləyərək fərdi məlumatların oğurlanmasına gətirib çıxara bilir.

Elektron Təhlükəsizlik Xidməti administratorlara və təsirə məruz qalan cihazların sahiblərinə qurğuları ilkin parametrlərinə qaytarmağı (factory reset) və ən son proqram yeniləmələrini endirib tənzimləməyi, istifadə edilmədikdə cihazdakı uzaqdan idarə üçün giriş funksiyasını (remote administrative access) söndürməyi tövsiyə edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru