“Prado” 14 yaşlı məktəblini ÖLDÜRDÜ

25-05-2018, 22:53           

Sabirabad rayonunda mayın 16-da avtomobillə vurularaq ağır xəsarət alan 14 yaşlı məktəbli xəstəxanada ölüb.

teref.az apa-ya istinadən məlumatına görə, Sabirabad rayon sakini, 2004-cü il təvəllüdlü Məmmədov Elman Rəşad oğlu Bakıdakı xəstəxanalardan birində vəfat edib.

Elman Məmmədovu oxuduğu məktəbin qarşısında "Prado” markalı avtomobil vurub. Ağır kəllə-beyin travması və bud sümüyünün açıq sınığı xəsarəti alan məktəbli Sabirabad rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Yeniyetmə sonradan Bakıdakı xəstəxanalardan birinə göndərilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru