Iranda zəlzələ olub 26-05-2018, 07:46 İranın cənub bölgəsində 3,8 bal gücündə zəlzələ baş verib. APA-nın xəbərinə görə, bu barədə Avropa Aralıq dənizi Seysmoloji Xidmətinin məlumatında bildirilir. Yerli vaxtla saat 05:08-də qeydə alınan yeraltı təkanların episentri Kirman şəhərindən 164 km cənubda, ocağı 24 km dərinlikdə yerləşib. Dağıntı və zərərçəkənlər barədə məlumat daxil olmayıb. Facebook-da paylaş