Fransada 1774-cü ilə aid çaxır 103 min avroya satılıb

27-05-2018, 08:26           
Fransada 1774-cü ilə aid çaxır 103 min avroya satılıb
Fransada istehsal tarixi 1774-cü ilə aid çaxır hərracda rekord qiymətə - 103 min avroya satılıb.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə "Euronews" telekanalı məlumat yayıb.

Bildirilir ki, şüşə qabdakı içki dünyada ən qədim sayılan və indiyə kimi saxlanılan sarı Arbua çaxırı olub. Çaxırın hazırlandığı üzüm hələ kral XVI Lüdovikin vaxtında yığılıb.

Hərracda həmin kolleksiyadan daha iki şüşə çaxır satılıb. Onlardan biri 76250, digəri 73200 avroya alınıb. Alıcılardan ikisi Kanada vətəndaşı, biri isə adı gizli saxlanılan Fransa vətəndaşı olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru