"Brent" neftinin qiyməti 74 dollardan aşağı düşüb 15-06-2018, 23:32 "Brent" markalı neftin avqust fyuçerslərinin qiyməti 3 faiz aşağı düşərək bir barel üçün 73,71 dollar təşkil edib.“Report” TASS-a istinadən xəbər verir ki, bu, Londonun "ICE" birjasında keçirilən hərracların nəticəsində məlum olub.Neftin bir barelinin qiyməti sonuncu dəfə 2018-ci ilin 5 iyun tarixində 74 dollardan aşağı olub. Facebook-da paylaş