Şamaxıda yük və minik maşınları toqquşub, 2 nəfər ölüb, 3 yaralı var

17-06-2018, 12:17           
Şamaxıda yük və minik maşınları toqquşub, 2 nəfər ölüb, 3 yaralı var
Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 123-cü km-də, Şamaxı şəhərinin girişində rayonunda “Qazel” markalı yük avtomobili ilə “VAZ” markalı minik maşını toqquşub.

"Report"un Şirvan bürosu xəbər verir ki, nəticədə "VAZ"da olan iki sərnişin – 1968-ci il təvəllüdlü Ucar rayon sakini Məmmədova Sima və 1985-ci il təvəllüdlü Göyçay rayon Qarayazı kənd sakini Məmmədov Elmin Zülfiqar oğlu dünyasını dəyişib.

Qəza zamanı həmçinin "VAZ"ın Göyçay rayonunun Qarayazı kədindən olan 1998-ci il təvəllüdlü sürücüsü Cabbarov Vasif Asif oğlu, eləcə də, "Qazel"in Şamaxı rayonundan olan 1968-ci il təvəllüdlü sürücüsü Feyzullayev Əflatun Əlqardaş oğlu və onun 1991-ci il təvəllüdlü qohumu Feyzullayev Neymət Əlzaman oğlu xəsarət alaraq Şamaxı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşadırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru