“Əl-Qaidə” lideri əsir götürüldü

17-06-2018, 20:59           

Liviya ordusu Əl-Qaidə terror qruplaşmasının liderlərindən biri sayılan Əbu Safyan bin Kamunu əsir götürüb.

Axar.az xəbər verir ki, bu barədə “Əl-Arabiya” informasiya yayıb.

Məlumata görə, terrorçulara qarşı keçirilən əməliyyat çərçivəsində terrorçular şəhərdə sıxışdırılıb. Sursatları bitdikdən sonra saxlanılan terrorçular arasında bin Kamu da olub.

Xatırladaq ki, bin Kamu Əl-qaidə lideri Üsamə bin Ladenin Sudanda olduğu müddətdə sürücüsü olub. ABŞ kəşfiyyat orqanları onu yaxalayaraq Quantanamoya göndərib. 2011-ci ildə Liviyaya ekstradisiya olunduqdan sonra həbsdən qaçmağı bacarıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru