Azərbaycanlı milyarderdən 2 milyon dollarlıq qətl sifarişi: - İki qardaş axtarışa verilib

19-06-2018, 14:14           
Azərbaycanlı milyarderdən 2 milyon dollarlıq qətl sifarişi: - İki qardaş axtarışa verilib
Moskva vilayət məhkəməsində Telman İsmayılovun qardaşı, sifarişli qətllərdə ittiham olunan biznesmen Rafiq İsmayılovun işi üzrə məhkəmə prosesi başlayıb.

Musavat.com-un Rusiya KIV-lərinə istinadən məlumatına görə, R.İsmayılov keçmiş ortağı Vladimir Savkinin və onun dostu, “Lyublino-Motors” şirkətinin təsisçisi Yuri Brilyovun qətlində ittiham olunur.

İttiham aktına əsasən İsmayılov Savkinlə şərik olduğu ticarət mərkəzini satıb, ancaq ortağına çatmalı olan milyonlarla dolları verməyib. Əvəzində onu öldürmək sifarişi verib. Qətli killer Mehman Kərimov törədib. O, hadisə zamanı təsadüfən Savkinlə birlikdə olan Brilyovu da güllələyib. Məhkəmənin ilk iclasında məlum olub ki, baş verən qətl hadisəsindən Telman İsmayılov əvvəlcədən xəbərdar olub. İstintaq sübut edib ki, Savkin və Brilyovun aradan götürülməsi üçün azərbaycanlı milyarder 2 milyon dollar ayırıbmış. Onu da qeyd edək ki, bu sifarişli qətllərdə Rafiq İsmayılovla birlikdə onun digər qardaşı Vaqif İsmayılov da ittiham olunur. Həm Telman, həm də Vaqif İsmayılovun barələrində axtarış elan edilib.

Xatırladaq ki, “AST Telman” ayaması ilə məşhur olan yəhudi əsilli Telman İsmayılov Azərbaycanın Göyçay rayonundandır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru