"Ata-anası görmür o qız necə geyinir?" - Deputatdan "şortik qalmaqalı"na ikibaşlı reaksiya

19-06-2018, 20:45           
"Ata-anası görmür o qız necə geyinir?" - Deputatdan "şortik qalmaqalı"na ikibaşlı reaksiya
“Atası-anası onu hər gün evdə görmür? Görmürlər, o uşaq necə geyinir?”

teref.az xəbər verir ki, bu fikirləri yenicag.az-a açıqlamasında Bakı metrosunda gənc qızın şortik geyinməsi ilə bağlı yaranan qalmaqala münasibət bildirən Milli Məclisin deputatı Ağacan Abıyev deyib.

Ağacan Abıyevin fikrincə, valideynlər uşaqlarının geyim məsələsinə diqqətlə yanaşmalıdırlar:

“Vallah, bu məsələdə siz necə düşünürsüzsə, mən də elə düşünürəm. Sizə bir şey deyim, bizdə geyimə görə qadağa yoxdur, kim necə istəyir, elə də geyinir.

O qız azərbaycanlıdır, hə? Onda ata-anası baxmalıdır ki, o uşaq necə geyinir. Yəni camaat ona bir söz deyənə qədər, valideynləri həmin uşağa deməlidirlər ki, Bakıda belə geyinmək olmaz!

Sən azərbaycanlısan, qayda-qanun var… Bu, o ailənin məsələsidir, ata-ananın işidir. Atası-anası onu hər gün evdə görmür? Görmürlər, o uşaq necə geyinir? Birinci növbədə ailədə o məsələlərə fikir vermək lazımdır”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru