ABŞ-da yüzlərlə aviareys təxirə salınıb

20-06-2018, 08:41           
ABŞ-da yüzlərlə aviareys təxirə salınıb
Birləşmiş Ştatlarda "American Airlines" hava yollarının bölməsi olan "PSA" aviaşirkətinin kompüter sistemində yaranan problem səbəbindən yüzlərlə aviareys təxirə salınıb.

“Report” xəbər verir ki, bu barədə şirkət məlumat yayıb.

Bildirilir ki, "American Airlines"ın gündəlik 6,7 min reysindən təqribən 12 faizini yerinə yetirən regional daşıyıcı çərşənbə axşamı səhər bütün reysləri ləğv edib.

Problem sonradan aradan qaldırılsa da, uçuş qrafikinin bərpa olunmasına bir qədər vaxt tələb olunur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru