İnternetdə tanış olub görüşdülər: yataq fantaziyaları faciə ilə bitdi - FOTO

21-06-2018, 23:15           

ABŞ-da yaşayan Sydney Loofe məşhur tanışlıq saytı olan "Tinder" vasitəsi ilə tanış olduğu Bailey Boswell və sevgilisi Aubrey Trail tərəfindən qətlə yetirilib.

BakuPress.az xarici mediaya istinadən xəbər verir ki, şübhəlilər "seks fantaziyası zamanı öldü" deyərək özlərini müdafiə ediblər.

Qeyd edək ki, gənc qadının cəsədi parçalanmış halda əkin sahəsindən tapılıb.

Sydney Loofe 23 yaşlı həmcinsi Bailey Boswell ilə tanış olduqdan sonra iki qadın 14 dekabr tarixində görüşüb, sonrakı günlərdə yenidən bir araya gəlməyi planlaşdırıblar. Ancaq 24 yaşlı Sydney Loofe qəfil yoxa çıxıb. Gənc qadın işinə də getməyincə ailəsi narahat qalaraq, vəziyyəti polisə bildirib. Üç həftə boyunca hər yerdə Sydney axtarılıb, nəhayət, bir əkin sahəsi kənarında cəsədi parçalanmış halda aşkar edilib.
İnternetdə tanış olub görüşdülər: yataq fantaziyaları faciə ilə bitdi - FOTO














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru