Bakıda avtobusda dəhşət – Polis sürücü ilə əlbəyaxa oldu – ŞOK VİDEO

23-06-2018, 18:07           
Bakıda avtobusda dəhşət – Polis sürücü ilə əlbəyaxa oldu – ŞOK VİDEO
İyunun 21-də saat 23:15 radələrində 18 saylı marşrut xəttində insident baş verib.

teref.az “yenicag.az”a istinadən xəbər verir ki, metronun “20 Yanvar” stansiyası yaxınlığındakı dayanacaqda 99 JM 357 nömrəli “İsuzu Citiport” markalı avtobusa daxil olan 23-25 yaşlı gənc ödəniş etmədən avtobusa daxil olmaq istəyib. Sürücü kart vasitəsi ilə gediş haqqının ödənilməsini tələb etdikdə həmin şəxs polis olduğunu deyib və qırmızı rəngli vəsiqə göstərərək ödəniş etməkdən boyun qaçırıb.

Digər sərnişinlərin də ödəniş etməsinə mane olan və nitq qüsurlu olduğu görünən gənc qəfil hərəkətlə avtobusun sürücü kabinəsindəki açarını çıxararaq xuliqanlıq edib. Bu zaman açar qırılaraq yararsız hala düşüb.

Hadisə ilə bağlı şirkət tərəfindən hüquq-mühafizə orqanarına müraciət edilib.

Nəzərinizə çatdırırıq ki, bütün avtobuslarda video-müşahidə sisteməri var.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru