Suriyada şiddətli döyüşlər başladı

23-06-2018, 18:47           

“An-Nüsra” Cəbhəsi qruplaşmasının 1000-dən çox döyüşçüsü Dama və Deyr-Dama yaşayış məntəqələrində Suriya ordusunun 9-cu tank diviziyasının bölmələrinin mövqelərinə hücüm edib.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda Suriyada duşmənçilik edən tərəflərin barışığı mərkəzindən bildiriblər.

Xəbərə görə, hazırda Suriya hərbçiləri müdafiə döyüşləri aparırlar.

“Hökumət qoşunlarının itkiləri 5 ölü və 19 yaralıdır. Bundan başqa, terrorçuların zərbələri altına sözügedən yaşayış məntəqələrinin dinc sakinləri düşüblər”, - mərkəzin açıqlamasında deyilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru