Harın sürücü polisin poqonunu cırdı - Olay

16-09-2015, 15:26           
Harın sürücü polisin poqonunu cırdı - Olay
Bakıda tədris ilinin ilk günündə məktəb binasının qarşısında polis paqonlarından məhrum olub.

Bu barədə vesti.az-a Suraxanı Rayon Polis İdarəsindən bildiriblər.

Əldə edilən məlumata əsasən, xoşagəlməz hadisə Yeni Günəşli qəsəbəsində 282 saylı məktəbin binasının qarşısında səhər saat 8.00-da baş verib.

Məlum olduğu kimi, "Hyunday Azera" markalı avtomobilin sürücüsü 1993-cü il təvəllüdlü Qoşqar Xuduzadə maşını icazə olmayan yerdə park edib.

Xidməti borcu ilə əlaqədar həmin ərazidə olan Suraxanı RPİ 33-cü polis bölməsinin baş leytenantı, 1989-cu il təvəllüldü Anar Güləliyev və çevik reaksiya alayının çavuşu 1986-cı il təvəllüdlü Adil Novruzov sürücüyə xəbərdarlıq ediblər və ona maşını park etdiyi yerdən kənara çəkməyi xahiş ediblər.

Amma Xuduzadə polislərin qanuni tələbini yerinə yetirmək əvəzinə onlarla dava etməyə başlayıb. Novruzova yumruq atan Xuduzadə onun paqonlarını cırıb.

Fakt üzrə araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru