Meksikada 43 tələbənin itməsində əli olan cinayətkar saxlanılıb

29-08-2018, 07:31           
Meksikada 43 tələbənin itməsində əli olan cinayətkar saxlanılıb
Meksikanın hüquq-mühafizə orqanları 2014-cü ilin sentyabrında Herrero ştatında 43 tələbənin itməsində əli olan daha bir nəfəri saxlayıb.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, polis "Böyük quş" ("El Pajarraco") ləqəbli Xuan Migeli Koauila ştatında saxlayıb. O, tələbələrin itkin düşməsində əlbir olmaqda şübhəli bilinir. Ehtimal edilir ki, Migel onların furqonda Kokul qəsəbəsindəki zibilliyə daşınmasında iştirak edib.

Ayotsinap kollecinin 43 tələbəsi 2014-cü ilin sentyabrında İquala şəhərində itkin düşüb. Sonradan məlum olub ki, onları yerli polis əməkdaşları oğurlayaraq quldurlara veriblər. Tələbələr bundan sonra öldürülüblər və onların cəsədləri yandırılıb. Təhqiqatla əlaqədar İqualanın keçmiş meri də daxil olmaqla, xeyli sayda polis əməkdaşı, ümumilikdə isə 100-dən çox adam saxlanılıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.