BMT İndoneziyada sunami nəticələrinin aradan qaldırılmasına 15 mln. dollar ayırıb
3-10-2018, 07:28
BMT İndoneziyada azı 1200 nəfərin ölümünə səbəb olan zəlzələ və sunaminin nəticələrinin aradan qaldırılmasına köməklik göstərmək üçün xüsusi fondundan 15 milyon dollar ayırıb.
“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə BMT Ali komissarının Humanitar Məsələlər üzrə İdarəsi məlumat yayıb.
"Fövqəladə yardım əlaqələndiricisi və baş katibin humanitar məsələlər üzrə müavini Mark Loukok bu gün Fövqəladə Hallara Reaksiya Mərkəzi Fondundan sentyabrın 28-də İndoneziyada…zəlzələ və sunamidən zərər çəkən insanlara təcili yardımın göstərilməsinə köməklik məqsədi ilə 15 milyon dolların ayrıldığını elan edib", — deyə məlumatda bildirilir.