Azərbaycan çempionatında yeni rekord

6-02-2019, 00:02           
Azərbaycan çempionatında yeni rekord
Azərbaycan Premyer Liqasında 2018/19 mövsümünün yeni rekordu qeydə alınıb.

Regionxeberleri.com-un PFL-ə istinadən verdiyi məlumata görə, bu, XV turun "Qarabağ” - "Neftçi” qarşılaşmasına təsadüf edib. 1:1 hesabı ilə başa çatan görüşü 6000 tamaşaçı izləyib.

Bunadək ən çox tamaşaçı "Sabah” - "Qarabağ” matçında (0:2) qeydə alınmışdı. "Əlincə Arena”da keçirilmiş VI turun qarşılaşmasını 4500 tamaşaçı seyr etmişdi.

Mövsümün 3-cü göstəricisi isə IX turda keçirilən "Neftçi” - "Qarabağ” oyununa (3:1) təsadüf edib. "Bakcell Arena”dakı matçda 4000 tamaşaçı qeydə alınıb.

Ümumilikdə isə XV turun 4 oyununu 7180 tamaşaçı izləyib. Bu da mövsümün əvvəlki rekordunun qeydə alındığı VI turdakından 280 nəfər çoxdur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru