Messi "Real Madrid"lə oyunun hazırlıqlarına çağırılıb

6-02-2019, 07:30           
Messi "Real Madrid"lə oyunun hazırlıqlarına çağırılıb
"Barselona" sabah, fevralın 6-da Madrid "Real"ı ilə İspaniya Kubokunun ilk yarımfinal matçının hazırlıqlarına çağırılan 19 futbolçudan ibarət siyahını açıqlayıb.

“Report” xəbər verir ki, siyahıda bazar günü məşqi buraxan, bazar ertəsi isə ümumi qrupda məşq edən argentinalı hücumçu Lionel Messinin də adı var.

Oyunçuların tam siyahısı belədir:

Qapıçı - Ter Ştegen, Penya;

Müdafiəçilər - Semedu, Lanqle, Murilyo, Pike, Alba, Vermalen;

Yarımmüdafiəçilər - Rakitiç, Boatenq, Buskets, Roberto, Koutinyo, Alenya, Artur, Vidal, Malkom;

Hücumçular - Suares, Messi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru