Salah Londonda təhqir olundu

7-02-2019, 08:04           
Salah Londonda təhqir olundu
"Liverpul"un futbolçusu Məhəmməd Salah İngiltərə Premyer Liqasının 25-ci turunda "Vest Hem"lə səfər matçında (1:1) azarkeşin təqhirlərinə məruz qalıb.

26 yaşlı futbolçu künc zərbəsi yerinə yetirərkən meydan sahiblərinin azarkeşlərindən biri bu anı video çəkib və Salahın müsəlman olmasına işarə vuraraq, onu ağır təhqir edib.

"Liverpul" fanatları isə buna sosial şəbəkələrdə kəskin etiraz ediblər. Bundan sonra London klubu açıqlama yayıb:

"Vest Hem" qapılarını hər kəsə açmış klubdur. Cinsiyyəti, yaşı, irqi, inancı, dini, seçimləri nə olursa, olsun, hamıya qapımız açıqdır. Ancaq stadionumuzda bu cür davranışlara yer yoxdur. Zorakılıq və təhqiramiz hərəkətə qarşıyıq. Cinayəti törədən şəxslə polis maraqlanır. Polis hər şeyi müəyyən edəndən sonra həmin şəxsə stadionumuza girişinə ömürlük qadağan qoyulacaq".
/Qol.az/












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru