Ronaldonun anası: "O qadın oğlumun otağına qumar oynamağa gəlməmişdi"

8-02-2019, 09:33           
Ronaldonun anası: "O qadın oğlumun otağına qumar oynamağa gəlməmişdi"
“Yuventus”un portuqaliyalı hücumçusu Kriştianu Ronaldunun anası Dolores Aveyru oğluna qarşı irəli sürülən zorlama ittihamı ilə bağlı fikirlərini açıqlayıb.

Oxu.az-ın xəbərinə görə, oğlunun tərəfini tutan qadın bildirib ki, Ronaldunun ona qarşı ittiham irəli sürən amerikalı Ketrin Mayorqa ilə münasibətləri qarşılıqlı olub.

“O qadın oğlumun otağına qumar oynamağa gəlməmişdi ki. Ketrin nə ilə məşğul olacaqlarını bilirdi. Öz oğlumu tanıyıram”, - deyə o vurğulayıb.

Qeyd edək ki, K. Mayorqa 2009-cu ildə Las-Veqasda Ronaldu tərəfindən zorlandığını iddia edir. Ronaldu isə bu ittihamı rədd edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru