“Real Madrid”in futbolçularını narahat edən Hollandiya vətəndaşları saxlanılıb

14-02-2019, 00:00           
“Real Madrid”in futbolçularını narahat edən Hollandiya vətəndaşları saxlanılıb
Hollandiyanın dörd vətəndaşı Çempionlar Liqasının 1/8 final mərhələsində “Ayaks”ın İspaniya “Real Madrid”i ilə matç öncəsi asayişi pozduqlarına görə saxlanılıb.

“Report” ESPN-ə istinadla xəbər verir ki, fanatlar gecə saat 4-də Madrid təmsilçisinin Amsterdamda qaldığı otelin yanında səs-küy salıb və fişənglər yandırıblar.

Qeyd edək ki, “Ayaks” – “Real Madrid” matçı bu gün keçiriləcək və Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Komandalar arasındakı cavab oyunu martın 5-də olacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru