“Sellofan formalı Messi” ölümlə hədələnir – FOTO

17-02-2019, 11:41           
“Sellofan formalı Messi” ölümlə hədələnir – FOTO
Sosial şəbəkələrdə “sellofan formalı balaca Messi” kimi tanınan 7 yaşlı Murtuza Əhmədinin həyatı təhlükədədir.

Teref.az “qafqazinfo”-ya istinadən xəbər verir ki, 2016-cı ildə sellofandan hazırladığı “Messi” forması geyindikdən sonra dünyanın diqqətini cəlb edən Murtuzanı və ailəsini “Taliban” ölümlə hədələyir. Əhmədinin anası bu şöhrətin onların həyatını məhv etdiyini, hər il yaşadıqları yeri tərk etmək məcburiyyətində qaldıqlarını, ölüm qorxusu ilə yaşadıqlarını bildirib.



Xatırladaq ki, Murtuzanın sellofanlı geyimdə fotosu yayıldıqdan sonra futbolçu Lionel Messi ona imzalanmış həqiqi forma və top bağışlamışdı.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru