"Kardiff Siti" futbolçu Salanın ölümünə görə "Nant"ı məhkəməyə verə bilər

18-02-2019, 07:44           
"Kardiff Siti" futbolçu Salanın ölümünə görə "Nant"ı məhkəməyə verə bilər
İngiltərənin "Kardiff Siti" klubunun rəhbərliyi Argentina futbolçusu Emiliano Salanın həlak olması ilə əlaqədar məhkəməyə müraciət etmək niyyətindədir.

"Report"un məlumatına görə, bu barədə məlumatlı mənbəyə istinadən "The Telegraph" bildirib.

Məlumata görə, Uels klubunda hesab edirlər ki, faciəyə "Nant"ın səhlənkarlığı səbəb olub. Bildirilir ki, əgər fransız klubu təqsirkar tanınmasa, onda Uelsə Salanın transferinin bütün qiymətini ödəmək lazım olmayacaq.

Buna görə Argentina hücumçusunun həlak olmasının araşdırılması davam edir.

Daha əvvəl Uels komandasının prezidenti Mehmet Dalman bildirib ki, "Nant" "Kardiff"dən futbolçunun transferi üçün məbləğ tələb edir.

Yanvarın 19-da Sala Fransanın "Nant" futbol klubundan İngiltərə premyer-liqasında çıxış edən "Kardiff Siti" klubuna keçib. Hücumçu yanvarın 22-də bir mühərrikli "Piper Malibu" təyyarəsi ilə yeni komandasının yerləşdiyi əraziyə uçub. Lakin təyyarə radarlardan itib.

Bir neçə gün sonra Emiliano Salanın uçduğu təyyarənin qalıqları tapılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru