"Bavariya"nın oyunu İranda qadın hakimə görə nümayiş etdirilməyib

18-02-2019, 07:46           
"Bavariya"nın oyunu İranda qadın hakimə görə nümayiş etdirilməyib
Futbol üzrə Almaniya çempionatının 22-ci turu çərçivəsində "Bavariya" və "Auqsburq" komandaları arasında keçirilən matç İran telekanallarında nümayiş etdirilməyib.

"Report" xəbər verir ki, bu barədə "Frankfurter Allgemeine Zeitung" bildirib.

Məlumata görə, matçın yayımı qarşılaşmanı qadın hakimin idarə etməsi səbəbindən ləğv olunub. Oyunu Bibiana Ştaynhaus idarə edib.

Bildirilir ki, İran telekanallarında qadını "şortik"də göstərmək qadağandır.

Qeyd edək ki, Bibiana Ştayhnaus Almaniyanın futbol çempionatı tarixində ilk qadın hakimdir. O, 2017-ci ildən Bundesliqa matçlarını idarə edir.

Daha əvvəl bildirilib ki, Bibiana Ştaynhaus futbol üzrə Almaniya çempionatının ali divizionu çərçivəsində matçı baş hakim kimi idarə edən ilk qadın olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru