Gürcü futbolçu Azərbaycan yığmasının üzvünün müalicəsini maliyyələşdirib

23-02-2019, 07:59           
Gürcü futbolçu Azərbaycan yığmasının üzvünün müalicəsini maliyyələşdirib
Gürcüstan milli komandasının yarımmüdafiəçisi Cano Ananidze Azərbaycanın 19 yaşadək qızlardan ibarət yığmasının və Kutaisinin "Martve" klubunun futbolçusu Nino Qurgenidzenin müalicəsini maliyyələşdirib.

"Report"un "Championat.com"a istinadən verdiyi məlumata görə, gürcü oyunçu qız həmkarının xaricdə bahalı müalicəsi üçün tələb olunan məbləği köçürüb.

O, təcili pul toplanmasına dair elanı eşidən kimi bu addımı atıb. Həmyerliləri sosial şəbəkələrdə Ananidzeyə təşəkkürlərini bildiriblər.

Qeyd edək ki, Cano Ananidze müqavilə üzrə Rusiya "Spartak"ına məxsus olsa da, icarə əsasında "Krılya Sovetov"da çıxış edir. O, Azərbaycan yığmasının hücumçusu Ramil Şeydayev və əslən azərbaycanlı yarımmüdafiəçi Aleksandr Səmədovun komanda yoldaşıdır. Nino Qurgenidze isə 2016-cı ildən Azərbaycanın aşağı yaşlılardan ibarət yığmalarına dəvət alır.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru