İsveçrədə iki alpinist ölüb 24-02-2019, 08:57 İsveçrədə dağ kurortlarının birində iki alpinist ölüb. Trend-in məlumatına görə, alpinistlər 3700 m hündürlüyü olan Hornliqratdan yıxılıblar.Hadisə 20 fevralda baş verib. Alpinistlər Matterhorn dağına qalxmaq niyyətində idilər, lakin alpinist ipini götürməyiblər.Cəsədləri vertolyot vasitəsilə tapmaq mümkün olub. Alpinistlərin xarici vətəndaş olduğu bildirilir. Facebook-da paylaş