"Everton" növbəti qələbəsini səfərdə qazanıb

27-02-2019, 08:03           
"Everton" növbəti qələbəsini səfərdə qazanıb
İngiltərə Premyer Liqasında XXVIII turun oyunlarına start verilib.

ONA-nın məlumatına görə, turun ilk günündə 4 qarşılaşma baş tutub.

“Everton” səfərdə “Kardiff”i böyük hesabla məğlub edib – 3:0. Çempionatın autsayderi “Haddersfild” öz meydanında “Vulverhempton” üzərində qələbə qazanıb – 1:0. Bu, autsayderin mövsümdə 3-cü qələbəsi olub.
“Lester” ev oyununda “Brayton”dan güclü olub – 2:1. Turnir cədvəlində qonşu olan komandaların duelində “Nyukasl” “Bernli”yə 2 cavabsız qolla qalib gəlib.

Qeyd edək ki, tura bu gün keçiriləcək 6 matçla yekun vurulacaq.

İngiltərə Premyer Liqası
XXVIII tur
26 fevral

“Kardiff” – “Everton” – 0:3
Siqurdsson, 31, 66, Kalvert-Lyuin, 90+3

“Haddersfild” – “Vulverhempton” – 1:0
Munye, 90+1

“Lester” – “Brayton” – 2:1
Qrey, 10, Vardi, 63 – Propper, 66

“Nyukasl” – “Bernli” – 2:0
Lanqştaff, 22, 38












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru