Lukaşenko oğlu ilə meydandakı davanı izlədi - Şok video

27-02-2019, 10:10           
Lukaşenko oğlu ilə meydandakı davanı izlədi - Şok video
Minskin "Dinamo" xokkey komandası ilə Ali liqa yığması arasında oyundan sonrakı davanı prezident Aleksandr Lukaşenko oğlu Nikolayla izləyib.

Teleqraf.com xəbər verir ki, "Minsk-Arena"da keçirilən gərgin yarışda paytaxt xokkeyçiləri 2:4 hesabı ilə məğlub olublar.

Final fitindən sonra "Dinamo"nun oyunçusu Oleq Yevenko ilə yığma klubun üzvü Yeqor Qaynetdinov arasında dava düşüb.

Bu zaman prezident və oğlu xokkey stadionunda olublar.

Yerli KİV-in yazdığına görə, insidentdən sonra yığma komandanın baş məşqçisi Mixail Zaxarov Aleksandr Lukaşenkonu buzlu meydana dəvət edib.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru