Ronaldo zədələndi 28-02-2019, 07:53 "Yuventus"un futbolçusu Kriştiano Ronaldo İtaliya A seriyasının 25-ci turunda "Bolonya" ilə matçda (1:0) zədələnib.Teleqraf.com xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb. Portuqaliyalı hücumçunun bu gün fərdi qaydada məşq etdiyi bildirilib.34 yaşlı oyunçunun sabah tibbi müayinədən keçəcəyi vurğulanıb. Facebook-da paylaş