Yaponlardan SAQQAL QADAĞASI

28-02-2019, 07:58           
Yaponlardan SAQQAL QADAĞASI
Yaponların tarixi idman növü olan sumoda yeni qərarlar qəbul edilib.

Publika.az xəbər verir ki, Yaponiya Sumo Federasiyası idmançılara saqqallarını uzatmağı qadağan edib. Lakin bəzi idmançılar saqqallarının onlara uğur gətirdiyini deyərək, qərara etirazlarını bildiriblər.

Sumo Federasiyası bu qərarla yanaşı, idmançılara dırnaq uzatmağı və döymə (tatu) etdirməyi də qadağan edib.

Yaponiya Sumo Birliyinin üzvlərindən olan Oquruma da federasiyanın yeni qərarını dəstəkləyib:

“Bu, tarixi olan bir idmandır və uyğunsuz görüntülər olmamalıdır. Dohyo rinqi müqəddəs bir yerdir. İnsanlar sumonu izləməkdən zövq alırlar.”












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru