Kriştian Ronalduda ciddi xəsarət aşkarlanmayıb

1-03-2019, 08:17           
Kriştian Ronalduda ciddi xəsarət aşkarlanmayıb
Turinin "Yuventus" klubunun hücumçusu Kriştian Ronaldu İtaliya çempionatının 26-cı turunun matçında "Napoli"yə qarşı oyunda iştirak edə biləcək

"Report" "Calciomercato"ya istinadən xəbər verir ki, futbolçu tibbi müayinəni keçib və ümumi qrupa qayıdıb.

Qeyd edilir ki, ötən turun oyununda, "Bolonya" ilə matç zamanı (1:0) hücumçunun ayağının baldırla pəncənin birləşdiyi hissəsində zədə şübhəsi olub. Lakin tibbi müayinə ilə oyunçunun zədələnmədiyi müəyyən edilib.

Hazırkı mövsümdə portuqaliyalı oyunçu "Yuventus"un 34 matçında iştirak edib. O, bu oyunlarda 21 qol vurub, 12 məhsuldar ötürmə edib.

Ronaldu A seriyasında 19 qol vurub. O, bombardir yarışının lideridir.

Daha əvvəl "Yuventus" klubunun hücumçusu bildirib ki, 2019-cu ildə Portuqaliya seçməsinin heyətində çıxış etmək üçün yığma komandaya qayıdacaq












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru