Azərbaycanlı boksçu dünya kəməri uğrunda döyüşə çıxacaq

1-03-2019, 22:07           
Azərbaycanlı boksçu dünya kəməri uğrunda döyüşə çıxacaq
Azərbaycanlı peşəkar boksçu Rauf Ağayev WBO (Dünya Boks Təşkilatı) versiyasında dünya kəməri uğrunda reytinq döyüşünə çıxacaq.

“Report” xəbər verir ki, 36 yaşlı idmançı 8 raunddan ibarət görüşdə ABŞ təmsilçisi Jesse Rodrigez Franko ilə qarşılaşacaq.

Duel martın 16-da ABŞ-ın Florida ştatında təşkil olunacaq. Ağayev keçirdiyi bütün görüşlərdə hələ ki məğlub olmayan 19 yaşlı rəqibinin müqavimətini qırmağa çalışacaq.

Qeyd edək ki, Rauf Ağayev WBC (Ümumdünya Boks Şurası) versiyası üzrə Avropa və Asiya, WBCA versiyası üzrə dünya kəmərlərinin sahibidir. Boksçunun promoteri Nelson Lopes, meneceri Nurqazi İsmaqametov, şəxsi məşqçisi isə Azərbaycanın əməkdar məşqçisi Yadigar Məmmədovdur.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.