Daha bir məşhur futbolçu Bakıda meydana çıxacaq

3-03-2019, 07:48           
Daha bir məşhur futbolçu Bakıda meydana çıxacaq
Avropa Liqasının final oyunu ilə əlaqədar "Bakı 2019: Ulduzlar finalı"na qatılacaq məşhur futbolçular sırasına daha biri qoşulub.

"Report"un AFFA-nın rəsmi "Facebook" səhifəsinə istinadən xəbər verir ki, bu, Türkiyə milli komandasının sabiq yarımmüdafiəçisi Hamit Altıntopdur.

Əvvəllər Almaniyanın "Bavariya, İspaniyanın "Real Madrid" və Türkiyənin "Qalatasaray" komandalarının formasını geyinmiş Altıntop artıq karyerasını başa vurub.

Bunadək daha bir türkiyəli Nihat Kahveçi, İslandiyalı Eydur Qudyonsen, portuqaliyalı Deku, rusiyalı Andrey Arşavin, polşalı İrji Dudek, gürcüstanlı Revaz Arveladze və qanalı Mikael Essyenlə yanaşı, yerli məşhurlardan Vəli Qasımov və Nazim Süleymanovun da bu görüşdə iştirak edəcəkləri müəyyənləşib.

Qeyd edək ki, Nizami Gəncəvi muzeyi qarşısında quraşdırılmış meydanda keçiriləcək oyun saat 11:00-da başlanacaq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.