"Fənərbağça" üç həftədən sonra qələbə qazanıb - YENİLƏNİB

3-03-2019, 07:50           
"Fənərbağça" üç həftədən sonra qələbə qazanıb - YENİLƏNİB
"Fənərbağça" klubu Türkiyə Super Liqasında doğma meydanda "Rizespor"la üz-üzə gəlib.

"Report" xəbər verir ki, uğursuz mövsüm keçirən İstanbul təmsilçisi çətin qələbə qazanıb.

Ersun Yanalın baş məşqçisi olduğu kollektiv rəqibini 3:2 hesabı ilə üstələyib.

Qeyd edək ki, bu qələbədən sonra xallarının sayını 28-ə yüksəldən "Fənərbağça" 14-cü pillədə qərarlaşıb. Eyni xala malik olan "Rizespor" isə 13-cü yerdədir.

***19:32

"Beşiktaş" Türkiyə Super Liqasında növbəti oyununu keçirib.

İstanbul təmsilçisi 24-cü turda səfərdə "Kayserispor"la üz-üzə gəlib.

Qarşılaşma 2:2 hesabı ilə yekunlaşıb. "Qara qartallar" 38-ci dəqiqədə Atiba Hatçinsonun qolu ilə hesabı açıb.

Meydan sahibləri 58-ci dəqiqədə Artem Kravets və 62 ci dəqiqədə Deniz Türüçün qolları ilə hesabı öz xeyirlərinə dəyişib. 90+1 dəqiqədə isə Caner Erkin fərqlənməklə "Beşiktaş"ı məğlubiyyətdən xilas edib.

Qeyd edək ki, "Beşiktaş" turnir cədvəlində 41 xalla üçüncü, "Kayserispor" isə 32 xalla yeddincidir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.