"Milan" İtaliya çempionatında üçüncü pilləyə yüksəlib

3-03-2019, 07:58           
"Milan" İtaliya çempionatında üçüncü pilləyə yüksəlib
Futbol üzrə İtaliya A Seriyasının 26-cı turunda “Milan" “Sassuolo“nu qəbul edib.

“Report” xəbər verir ki, Milanın “San-Siro“ stadionunda keçən görüş ev sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Matçda yeganə qolu “Sassuolo“nun müdafiəçisi Pol Lirola vurub. O, oyunun birinci hissəsində topu öz qapısına göndərib.

Bu matçdan sonra "Milan"ın İtaliya çempionatında qələbə seriyası dörd oyuna çatıb. “Sassuolo“ son dörd oyunda üçüncü məğlubiyyətini alıb.

“Milan“ bu qələbədən sonra xallarının sayını 48-ə çatdıraraq turnir cədvəlində “İnter"i (47) geridə qoyub. Hazırda Cennaro Qattuzonun komandası üçüncü, “Sassuolo“ (31) isə 11-ci yeri tutur.

İtaliya A Seriyası. 26-cı tur

"Milan" – "Sassuolo" – 1:1

Qol: 1:0 – Lirola – 35 (avtoqol)

Qırmızı vərəqə: Konsilyi, 64 ("Sassuolo")












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru