Turinin "Yuventus" klubu İtaliya çempionatının 26-cı turunda "Napoli"ni 2:1 hesabı ilə məğlub edib.
“Report” xəbər verir ki, görüş Neapol şəhərinin "San-Paolo" stadionunda baş tutub.
Baş hakim Canluka Rokkinin idarə etdiyi oyunda meydan sahibləri 25-ci dəqiqədə artıq azlıqda qalıblar. Qapıçı Aleks Meret Kriştianu Ronalduya qarşı etdiyi kobudluğa görə qırmızı vərəqə ilə cəzalandırılıb.