Moratanın dublu "Atletiko"ya qələbə qazandırıb

4-03-2019, 08:09           
Moratanın dublu "Atletiko"ya qələbə qazandırıb
"Real Sosyedad" İspaniya çempionatının 26-cı turunda "Atletiko Madrid"ə öz meydanında 0:2 hesabı ilə məğlub olub.

“Report” xəbər verir ki, görüş San-Sebastyan şəhərinin "Anoyeta" stadionunda baş tutub.

Baş hakim Xose Luis Qonsalesin idarə etdiyi oyunda hesabı 30-cu dəqiqədə Alvaro Morata açıb. O, Diyeqo Qodinin künc zərbəsindən ötürməsini başla tora göndərib. Morata üç dəqiqədən sonra qonaqların üstünlüyünü iki topa çatdırıb. Bu dəfə Koke hücumçuya məhsuldar ötürmə ilə yadda qalıb. İkinci hissənin ortalarında Koke meydandan qovulub, ancaq "Atletiko" qələbə hesabını qoruya bilib.

Bu matçdan sonra Madrid klubu xallarının sayını 53-ə çatdırıb və əvvəlki kimi turnir cədvəlində ikinci yeri tutur. Onlar lider "Barselona"dan 7 xal geri qalırlar. "Real Sosyedad" 35 xalla 8-ci pillədədir.

İspaniya Primerosu. 26-cı tur

"Real Sosyedad" – "Atletiko M" - 0:2

Qollar: 0:1 – Morata – 30, 0:2 – Morata – 33

Qırmızı vərəqə: Koke, 62 ("Atletiko")












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.