Makqreqor döyüşməkdən imtina etdi - Yalnız Həbib Nurmaqomedov

4-03-2019, 09:31           
Makqreqor döyüşməkdən imtina etdi - Yalnız Həbib Nurmaqomedov
Qarışıq növlər (MMA) üzrə döyüşçü, irlandiyalı Konor Makqreqor ilə döyüşçülərin mütləq çempionatında (UFC) qələbələrin sayına görə rekordçu, amerikalı Donald Serrone arasında döyüş böyük ehtimalla baş tutmayacaq.

Teleqraf.com xəbər verir ki, UFC prezidenti Dan Uayt Konor Makqreqorun Donald Serrone ilə qarşılaşmayacağını bildirib. O, Makqreqorun yalnız Həbib Nurmaqomedovla döyüşmək istədiyini vurğulayıb.

Qurum rəsmisi söyləyib ki, Donald Serrone ilə görüşündə idmançı onun üçün döyüş təşkil etməyi xahiş edib. UFC prezidenti bu qarşılaşma üçün idmançı axtardıqlarını, böyük ehtimalla onun D.Serronenin rəqibinin El Laquintanın olacağını bildirib.

Qeyd edək ki, Konor Makqreqor Həbib Nurmaqomedova məğlub olub. D.Serrone isə Aleks Ernandesi məğlub edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru