Azərbaycan da VAR sisteminə keçir - Rəsmi

5-03-2019, 08:20           
Azərbaycan da VAR sisteminə keçir - Rəsmi
Ötən gün AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclası keçirilib.

Axar.az qurumun saytına istinadən xəbər verir ki, iclasda qadınlardan ibarət Azərbaycanın A milli komandasına Siyasət Əsgərov, U-19 –a Vüqar Əsgərli, U-17 və U-15-ə Zamir Həsənov baş məşqçi təsdiq olunub.

2019-2020-ci il mövsümündə Topaz Premyer Liqası klublarının əvəzedici komandalarının I Divizionda çıxışı üçün AFFA tərəfindən hər bir kluba 50.000 (əlli min) AZN vəsait ayrılmasına qərar verilib.

Yeni qərara əsasən, komandasının I Divizonda iştirakından imtina edən TPL klubu 100 min AZN məbləğində cərimə olunacaq.

Bundan başqa, Tovuz rayonunda, “Turan-Tovuz” klubunun nəzdində Futbol Akademiyası təsis olunmasına qərar verilib. Akademiyanın təsis olunması ilə bağlı texniki proseslərin, inşaat-təmir işlərinin tənzimlənməsi AFFA-nın baş katibliyinə həvalə olunacaq.

Qərarlar sırasında VAR (video-köməkçi hakim) sisteminin tətbiqi üçün hazırlıq və araşdırma mərhələsinə start verilməsi də var.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru