Millimiz dünya çempionatının ilk turunda məğlub oldu

5-03-2019, 19:55           
Millimiz dünya çempionatının ilk turunda məğlub oldu
Hazırda Yu Yanqyi - Qədir Hüseynov görüşü davam edir.

Kişi şahmatçılardan ibarət Azərbaycan millisi Qazaxıstanın paytaxtı Astanada komandalararası dünya çempionatının ilk turunda Çin yığması ilə üz-üzə gəlib.

Duel Azərbaycan komandasının məğlubiyyəti ilə yekunlaşıb. Rauf Məmmədov Dinq Lirenə, Eltac Səfərli isə Vey Yiyə məğlub olub. Nicat Abbasov isə Bu Syançji ilə heç-heçə oynayıb.

Hazırda Yu Yanqyi - Qədir Hüseynov görüşü davam edir.

Qeyd edək ki, Azərbaycan yığması ikinci turda İngiltərə ilə qarşılaşacaq.

Dünya çempionatı, I tur

Çin - Azərbaycan - 2,5 : 0.5

Dinq Liren - Rauf Məmmədov - 1:0

Yu Yanqyi - Qədir Hüseynov -

Vey Yi - Eltac Səfərli - 0:1

Bu Syançji - Nicat Abbasov - 0,5:0,5

Birinci turun digər qarşılaşmaları

Hindistan - İsveç - 3.5:0.5

İran - Rusiya - 1.5:2.5

Misir - ABŞ - 1:3

İngiltərə - Qazaxıstan 2.5:1.5 (report)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru