Bu gün Avropa Liqasında 1/8 final mərhələsinin ilk oyunları keçiriləcək

7-03-2019, 08:32           
Bu gün Avropa Liqasında 1/8 final mərhələsinin ilk oyunları keçiriləcək
Bu gün UEFA Avropa Liqasında 1/8 final mərhələsinə start veriləcək.

"Report" xəbər verir ki, raundun ilk oyunlarının hamısı eyni gündə baş tutacaq.

Turnirdə "Qarabağ"la eyni qrupda yer almış İngiltərə "Arsenal"ı birinci oyununu səfərdə keçirəcək. London təmsilçisi Fransada "Renn"in müqavimətini qırmağa çalışacaq.

İngiltərənin digər təmsilçisi "Çelsi" Londonda Ukraynanın "Dinamo" (Kiyev) kollektivi ilə üz-üzə gələcək.

Yarışın beşqat qalibi İspaniya "Sevilya"sı bu mərhələdə digər komandalara nisbətən zəif rəqiblə qarşılaşacaq. Əndəlüslülər doğma meydanda Çexiya təmsilçisi "Slaviya" (Praqa) ilə münasibətlərə aydınlıq gətirəcək.

İtaliya "Napoli"si də ilk matçını evdə keçirəcək. Neapollular Avstriya "Zaltsburq"u ilə ilk dueldəcə sərfəli nəticə əldə etməyə çalışacaq.

Qeyd edək ki, 1/8 final mərhələsinin cavab oyunları martın 14-də təşkil olunacaq. Avropa Liqasının finalı mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək.

Avropa Liqası

1/8 final, ilk oyunlar

21:55. "Dinamo" (Zaqreb, Xorvatiya) - "Benfika" (Portuqaliya)

21:55. "Ayntraxt" (Frankfurt, Almaniya) - "İnter" (Milan, İtaliya)

21:55. "Renn" (Fransa) - "Arsenal" (İngiltərə)

21:55. "Sevilya" (İspaniya) - "Slaviya" (Praqa, Çexiya)

21:55. "Zenit" (Rusiya) - "Vilyarreal" (İspaniya)

24:00. "Çelsi" (İngiltərə) - "Dinamo" (Kiyev, Ukrayna)

24:00. "Napoli" (İtaliya) - "Zaltsburq" (Avstriya)

24:00. "Valensiya" (İspaniya) - "Krasnodar" (Rusiya)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru