"Napoli" və "Çelsi" Avropa Liqasında böyükhesablı qələbə qazanıb - NƏTİCƏLƏR

8-03-2019, 08:52           
"Napoli" və "Çelsi" Avropa Liqasında böyükhesablı qələbə qazanıb - NƏTİCƏLƏR
Futbol üzrə Avropa Liqasının 1/8 final mərhələsinin daha üç oyunu keçirilib.

“Report” xəbər verir ki, qarşılaşmalardan ikisində böyükhesablı nəticə qeydə alınıb.

Belə ki, "Napoli" öz meydanında "Red Bull Zaltsburq"u, "Çelsi" isə Kiyev "Dinamo"sunu 3:0 hesabı ilə məğlub edib. "Valensiya" – "Krasnodar" matçı ilə 2:1 hesabı ilə başa çatıb.

Avropa Liqası. 1/8 final. 1-ci matç

"Napoli" – "Red Bull Zaltsburq" - 3:0

Qollar: 1:0 – Milik – 10, 2:0 – Ruis – 18, 3:0 – Onqen – 58 (avtoqol)
"Çelsi" – "Dinamo K" - 3:0

Qollar: 1:0 – Rodriqes – 17, 2:0 – Villian – 65, 3:0 – Xadson-Odoi – 90


"Valensiya" – "Krasnodar" - 2:1

Qollar: 1:0 – Rodriqo – 12, 2:0 – Rodriqo – 24, 2:1 – Klasson – 63

***23:52

Bakı. 7 mart. REPORT.AZ/ Futbol üzrə Avropa Liqasında 1/8 final mərhələsinə start verilib.

"Report"un məlumatına görə, 8 görüşdən ilk 5-də meydan sahibləri və qonaqlar bərabər sayda qələbə qazanıblar. Yalnız bir qarşılaşmada heç-heçə qeydə alınıb.

Ötən mərhələdə Türkiyə təmsilçiləri "Qalatasaray" və "Fənərbağça"nı mübarizədən kənarlaşdırmış Portuqaliya "Benfika"sı ilə Rusiya "Zenit"i bu dəfə məğlubiyyətə düçar olub. Lissabon komandası Xorvatiyanın paytaxtı Zaqrebdə "Dinamo"ya minimal hesabla yenilib. Sankt-Peterburq təmsilçisi isə evdə İspaniya "Vilyarreal"ına 1:3 hesabı ilə uduzaraq, növbəti mərhələ şanslarını böyük ölçüdə əldən verib.

"Qarabağ"la eyni qrupda çıxış etmiş İngiltərə "Arsenal"ı da Fransada eyni hesabla uduzub. Londonlular hələ oyunun əvvəllərində hesabı açsalar da, hissənin sonlarında əvvəlcə bir oyunçudan qırmızı vərəqə alması səbəbindən məhrum olublar, daha sonra qapı torundan toplar çıxarmağa məcbur olublar. Nəticədə "topçular" da 1/4 final şanslarını çətinləşdiriblər.

Almaniyada "Ayntraxt" İtaliya "İnter"i ilə qarşılaşmada qolsuz heç-heçə ilə kifayətlənib. Avroliqanın 5 qat qalibi "Sevilya" isə İspaniyada Çexiya "Slaviya"sına qalib gələ bilməyib.

Avropa Liqası

1/8 final, ilk oyunlar

21:55. "Dinamo" (Zaqreb, Xorvatiya) - "Benfika" (Portuqaliya) - 1:0

Qol: Bruno Petkoviç, 38 (p.)

21:55. "Ayntraxt" (Frankfurt, Almaniya) - "İnter" (Milan, İtaliya) - 0:0

21:55. "Renn" (Fransa) - "Arsenal" (İngiltərə) - 3:1

Qollar: Benjamin Burijo, 42. Naço Monreal, 65 (öz qapısına). İsmaila Sarr, 88 - Aleks İvobi, 4

Qırmızı vərəqə: Sokratis Papastatopulos, 41 ("Arsenal")

21:55. "Sevilya" (İspaniya) - "Slaviya" (Praqa, Çexiya) - 2:2

Qollar: Vissam Ben Yedder, 1. Munir Əl-Həddadi, 28 - Miroslav Stoç, 25. Aleks Kral, 39

21:55. "Zenit" (Rusiya) - "Vilyarreal" (İspaniya) - 1:3

Qollar: Sərdar Azmun, 35 - Visente İborra, 33. Jerar Moreno, 64. Manu Morlanes, 71












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.