Çempionlar Liqası: 1/4 finala vəsiqə qazanan son 2 komanda müəyyənləşib

14-03-2019, 06:48           
Çempionlar Liqası: 1/4 finala vəsiqə qazanan son 2 komanda müəyyənləşib
Futbol üzrə Çempionlar Liqasında 1/8 final mərhələsinin son 2 cavab görüşü keçirilib.

"Report"un məlumatına görə, İspaniyada "Barselona" Fransa "Lion"unu qəbul edib. Görüş meydan sahiblərinin böyük hesablı qələbəsi ilə yekunlaşıb - 5:1. Hesabı 18-ci dəqiqədə Lionel Messi açıb. O, penaltini dəqiq yerinə yetirib. 31-ci dəqiqədə isə Filippe Koutinyo ikinci qolu vurub. 58-ci dəqiqədə Lüka Tuzar fərqi azaltsa da, oyunun sonlarına doğru meydan sahibləri daha 3 qol vurublar. 78-ci dəqiqədə Messi Çempionlar Liqası tarixində 9-cu "dubl"unu edib və yenidən bu göstəricidə vahid liderə çevrilib. 81-ci dəqiqədə Jerar Pike, 86-cı dəqiqədə isə Usman Dembele fərqlənərək, oyunun yekun nəticəsini müəyyənləşdiriblər.

İlk görüş qolsuz yekunlaşdığı üçün Kataloniya komandası mərhələ adlayıb. "Barsa" həm də 1/8 final səddini keçən yeganə İspaniya təmsilçisi olub. PSJ-dən sonra "Lion"un da mübarizəni dayandırmasından sonra Fransa 1/4 finalda təmsilçisiz qalıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru