"Traktor"dan çətin qələbə: Liderliyə yüksəldi

15-03-2019, 07:54           
"Traktor"dan çətin qələbə: Liderliyə yüksəldi
İran çempionatında XXII turun oyunları keçirilib.

Axar.az xəbər verir ki, Güney Azərbaycan təmsilçisi “Traktor” evdə Xorasanın "Pədidə" klubu ilə qarşılaşıb. Görüş Təbriz klubunun 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Matçda yeganə qolu 22-ci dəqiqədə Antoni Stok vurub.

Bu nəticədən sonra "Traktor" xallarını 43-ə çatdıraraq liderliyə yüksəlib. "Persepolis" 42 xalla 2-ci, "Sepahan" 41 xalla 3-cüdür.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.