“Barselona”nı silkələyən açıqlama – Komandan gedə bilər

17-03-2019, 12:34           
“Barselona”nı silkələyən açıqlama – Komandan gedə bilər
“Liverpul”dan “Barselona”ya 160 milyon avroya transfer olunaraq klub tarixinin ən bahalı futbolçusu olan Filipe Kountinyonun komandanı tərk edə biləcəyi ilə bağlı xəbərlər səngimir.

Gəldiyi gündən performansı müzakirə olunan və Lionel Messinin kölgəsində qalan braziliyalı futbolçu adı son dövrlər “Mançester Yunayted”lə yanaşlı çəkilirdi.

Kountinyo özü də İspaniya mətbuatına açıqlamasında komandadan gedə biləcəyinə işarə vurub: “Son bir neçə həftədə, hətta bir neçə ayda yaxşı oynaya bilmirdim. Amma hələ də özümü inkişaf etdirmək istəyirəm. “Bapselona”ya bacarığımı göstərmək üçün gəldim. Mən bu anı yaşayan insanam. Gələcəkdə nələrin olacağını heç kim bilmir”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru