Devid Bekhem bu gün məhkəmə qarşısına çıxarılacaq

19-03-2019, 07:44           
Devid Bekhem bu gün məhkəmə qarşısına çıxarılacaq
İngiltərənin futbol üzrə yığmasının keçmiş üzvü Devid Bekhem polisə avtomobil sürərkən qaydaları pozduğunu etiraf edib.

"Report" xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.

Yığmanın keçmiş futbolçusu Londonun polis xidmətinə sükan arxasında mobil telefondan istifadə etdiyini etiraf edib.

"The Sun"ın məlumatına görə, polis Devidin sükan arxasında telefonla danışdığını hələ 2018-ci ilin noyabrında bildirib. İndi Bekhemi 200 funt cərimə və 6 ballıq cərimə gözləyir.

Bazar ertəsi Bekhem polisə təqsirini etiraf edib. İş üzrə məhkəmə bu gün keçiriləcək.

Daha əvvəl MLS-də çıxış edən "Los-Anceles Qelaksi" komandanın sabiq futbolçusu Devid Bekhemə qoyulan heykəlin açılışını edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru