“Real” futbol tarixinin ən bahalı transferinə hazırlaşır

26-03-2019, 07:44           
“Real” futbol tarixinin ən bahalı transferinə hazırlaşır
Madridin “Real” klubu PSJ-yə hücumçu Kilian Mbappenin keçidinə görə 280 milyon avro təklif etməyə hazırlaşır.

Bu barədə France Football məlumat yayıb.

Nəşrin məlumatına görə, yaxınlarda “kral” klubu futbolçunun keçidi ilə bağlı danışıqlara başlamağa hazırlaşır. Qeyd edilir ki, müqavilənin imzalanmasında şəxsən klubun prezidenti Florentino Peres və baş məşqçi Zinəddin Zidan maraqlıdır.

Əgər Mbappe “Real”a keçidinə razılıq versə, bu, futbol tarixinin ən bahalı transferi olacaq. Hazırda rekord PSJ-nin hücumçusu Neymara məxsusdur. O, 2017-ci ilin yayında Fransa klubuna “Barselona”dan 222 milyon avroya keçib.

19 yaşlı Mbappe 2017-ci ilin avqustundan PSJ-də çıxış edir. Forvard 2018-ci ildə Fransa millisinin heyətində dünya çempionu olub. Turnirin nəticələrinə görə o ən yaxşı gənc futbolçu adına layiq görülüb. DÇ-də qazandığı 550 min avronu o xeyriyyəçiliyə verib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru