AVRO-2020: Son oyun günündə hər matçda orta hesabla 4 qol vurulub

27-03-2019, 07:28           
AVRO-2020: Son oyun günündə hər matçda orta hesabla 4 qol vurulub
Futbol üzrə 2020-ci il Avropa çempionatının seçmə mərhələsində 2-ci turun son görüşləri keçirilib.

"Report"un məlumatına görə, turun üçüncü oyun günündə 3 qrupda 8 qarşılaşma baş tutub və qapılara ümumilikdə 32 qol vurulub.

İlk matçda Ermənistan və Finlandiya yığmaları üz-üzə gəlib. Görüş qonaqların inamlı qələbəsi ilə yekunlaşıb - 2:0. Bu, Ermənistanın ardıcıl ikinci məğlubiyyəti olub. J qrupunun digər görüşlərində Bosniya və Herseqovina Yunanıstan üzərində qələbəni azlıqda qaldıqdan sonra əldən verib - 2:2.

İtaliya isə öz meydanında Lixtenşteyni darmadağın edib - 6:0. Qonaqlar qırmızı vərəqə üzündən ikinci hissəni azlıqda keçirməli olublar. Meydan sahibləri isə ardıcıl ikinci qələbəni qazanıblar. 1-ci turda Ermənistan səfərdə Bosniya və Herseqovinaya 1:2, Finlandiya öz meydanında İtaliyaya, Lixtenşteyn rəqib meydanında Yunanıstana 0:2 hesabı ilə uduzub.

Ən az qolun vurulduğu oyun D qrupunda İrlandiya və Gürcüstan yığmaları arasında keçirilib. Meydan sahibləri minimal hesablı qələbə ilə xallarını 6-ya çatdırıblar. Qonaq komanda isə ardıcıl ikinci məğlubiyyətlə üzləşib. İsveçrə - Danimarka matçı isə məhsuldar və dramatik alınıb. Meydan sahibləri 3:0 hesabı ilə öndə olduqları halda, qonaqlar 84-cü dəqiqədən başlayaraq, bu qolların əvəzini çıxmağa müvəffəq olublar - 3:3. İlk turda Gürcüstan İsveçrəyə 0:2 hesabı ilə uduzduğu halda, İrlandiya səfərdə Cəbəllütariqi minimal hesabla yenib - 1:0. Danimarka isə qrupda ilk rəsmi oyununa bu gün çıxıb.

F qrupunda isə 3 görüş olub. Rumıniya Farer adalarını darmadağın edib - 4:1. İspaniya ardıcıl ikinci qələbəsini səfərdə Maltanı Alvaro Moratanın "dubl"u ilə üstələməklə əldə edib - 2:0. Norveç - İsveç görüşündə isə qapılara 6 top vurulub. Görüşün gedişində 0:2 hesabı ilə geri düşən qonaqlar 3 top vurublar. Lakin meydan sahibləri 7-ci uzatma dəqiqəsində məğlubiyyətdən xilas ola biliblər. İlk turda İspaniya Norveçə, İsveç Rumıniyaya, Malta Farer adaları yığmasına eyni hesabla qalib gəlib - 2:1.

AVRO-2020, seçmə mərhələ
II tur
26 mart

D qrupu
23:45. İrlandiya - Gürcüstan - 1:0

Qol: Konor Horiheyn, 36


23:45. İsveçrə - Danimarka - 3:3

Qollar: Remo Fröyler, 19. Qranit Caka, 66. Brel Embolo, 76 - Matias Yorgensen, 84. Kristian Qutkyaer, 88. Henrik Dalsqord, 90+3

Xal durumu: İrlandiya - 6, İsveçrə - 4, Danimarka - 1, Cəbəllütariq - 0, Gürcüstan - 0.

F qrupu
23:45. Rumıniya - Farer adaları - 4:1

Qol: Çiprian Dyak, 26. Klaudiu Keşerü, 29; 33. George Puşkas, 63 - Vilyormur Davidsen, 40 (pen.)


23:45. Norveç - İsveç - 3:3

Qollar: Byorn Yonsen, 41. Coşua Kinq, 59. Ola Kamara, 90+7 - Viktor Klasson, 70. Robin Kvayson, 87; 90+1

Dəqiq yerinə yetirilməyən penalti: Andreas Qrankvist, 70 (İsveç)


23:45. Malta - İspaniya - 0:2

Qol: Alvaro Morata, 31; 73

Xal durumu: İspaniya - 6, İsveç - 4, Rumıniya - 3, Malta - 3, Norveç - 1, Farer adaları - 0.

J qrupu
21:00. Ermənistan - Finlandiya - 0:2

Qollar: Fredrik Yensen, 14. Pürü Soyri, 90+2

23:45. Bosniya və Herseqovina - Yunanıstan - 2:2

Qollar: Edin Vişça, 10. Miralem Pyaniç, 15 - Konstantinos Fortunis, 64 (pen.). Dimitrios Kolovos, 85

Qırmızı vərəqə: Miralem Pyaniç, 65 (Bosniya və Herseqovina)


23:45. İtaliya - Lixtenşteyn - 6:0

Qollar: Stefano Sensi, 17. Marko Verratti, 32. Fabio Kvalyarella, 35; 45+3 (hər ikisi pen.). Moyze Kin, 70. Leonardo Pavoletti, 77

Qırmızı vərəqə: Daniel Kaufmann, 45+2 (Lixtenşteyn)

Xal durumu: İtaliya - 6, Yunanıstan - 4, Bosniya və Herseqovina - 4, Finlandiya - 3, Ermənistan - 0, Lixtenşteyn - 0.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru